İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb.
Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan qurtarması nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilib.
Əzəli yurd yerlərinə, ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan keçmiş məcburi köçkünlər indiyədək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Böyük Qayıdışın təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün ölkə rəhbərliyinin bütün zəruri tədbirləri görəcəyinə böyük inam bəslədiklərini söyləyiblər. Bu istiqamətdə atılan məqsədyönlü addımlar yüksək qiymətləndirilib.
Öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, qəhrəman oğullarımızın qanı ilə daha da müqəddəsləşən yurd yerlərinə qayıdışın mənəvi borc olduğu vurğulanıb.
Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.
Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.






Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












