“Jeep” təxmini 60 min “Wrangler”i geri çağırır - FOTO

Amerika avtomobil istehsalçısı “Jeep” uzun müddətdir “Wrangler” modelinin istehsalını gerçəkləşdirir. Avtomobil, dizaynı və istənilən ərazidə hərəkət etmə bacarığı ilə insanların diqqətini cəlb edir. Avtosfer.az xəbər verir ki, marka yanacaq doldurma depolarında yaranan problem səbəbiylə təxmini 60 min ədəd “Wrangler”i geri çağırır.
Verilən açıqlamaya görə 2019-cu ilin oktyabrından 2022-ci ilin may ayına kimi istehsal olunan ümumi 57 885 ədəd “Wrangler” geri çağırılma arasında yer alır. Belə ki, avtomobillərin istehsalı gerçəkləşdirilərkən lazımsız, yaxud istifadə olunmayan bir çərçivə hissəsi əlavə edilib. Bu vəziyyət gələcək illərdə avtomobillərin yanacaq depolarının lazımsız hissəsinin deşilməsi ilə yanğının baş verməsinə gətirib çıxara bilər.
Məlumatlara, əsasən, bu hissə “Metalsa S.A.P.I DE C.V.” adında Meksikada yerləşən şirkət tərəfindən istehsal edilib. Nəticə olaraq şirkət təchizatçı və avtomobil istehsal qeydlərinin köməyi ilə problemi müəyyənləşdirdi və bununla bağlı heç bir qəza, yaralanma, zəmanət tələbi, və ya sahə hesabatının olmadığını təsdiqlədi.
“Jeep” mövzuyla bağlı araşdırma başladaraq təchizat və avtomobil ölçü məlumatlarını gözdən keçirdi. Ardıyca çərçivə dizaynını və dəyişiklik keçmişini anlamaq üçün mühəndis komandalarıyla birləşərək vaxtında hərəkətə keçdi. Yaranan problemin qarşısını almaq üçün könüllü güvənlik geri çağırmasına start verdi. Bu proses müddətində bütün avtomobillər baxışdan keçiriləcək və zəruriyyət yaranarsa çərçivə vintləri çıxarılacaq.
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA

















