"Jeep"lərin növbəti macəraları - FOTO

Jeep brendinin azərbaycanlı müştəriləri üçün keçirdiyi ikinci yürüş başa çatıb. “Jeep yolsuzluq turu” adlandırılan budəfəki tur yalnız Jeep Wrangler sahibləri üçün nəzərdə tutulmuşdu. Jeep sahibləri və onların yaxınlarından, eləcə də media nümayəndələrindən ibarət 50 nəfərin iştirak etdiyi turun məqsədi Jeep-in yolsuzluq məharətlərinin Azərbaycanın müxtəlif iqlim və coğrafi şəraitlərinə uyğunluğunu nümayiş etdirmək, Jeep həvəskarlarını brend ilə daha yaxından tanış etmək idi.
Turda iştirak edən bütün avtomobil sahibləri Buta Sığorta tərəfindən sığortalanmış və “Şahdağ" Turizm Kompleksində dincəlmək imkanı qazanmışdılar. Əvvəlcə iştirakçılar Jeep-in Azərbaycandakı təmsilçisi Auto Azərbaycan şirkətinin texniki heyətindən Jeep 4wd sistemləri barədə təlimat alıblar. Daha sonra şam süfrəsi ətrafında bir-biri ilə tanışlıq imkanı qazanan Jeep Wrangler sahibləri brend barədə biliklərini də nümayiş etdirərək müxtəlif hədiyyələr, o cümlədən “Şahdağ” Turizm Kompleksinə 1 gecəlik 2 nəfərlik qonaqlıq paketi qazanıblar.
Turun növbəti günü Jeep Wrangler sahibləri Şahdağın qarlı dağ yollarında, yolsuz meşəlik və talalarında avtomobillərinin yolsuzluq məharətlərini göstərib, bir-biri ilə təcrübələrini paylaşıblar.
“Belə tədbirlər zamanı biz Jeep-in bir avtomobil brendi olmaqla yanaşı, həyat və düşüncə tərzi olduğunu müşahidə edirik. Məqsədimiz də belə maraqlı bənzər həyat tərzi seçən insanları brendimiz ətrafında daha sıx birləşdirməkdir”, – bunu Jeep-in təmsil edildiyi Chrysler Mərkəzin direktoru Vüqar Bayramov deyib.
Auto Azərbaycan şirkətinin marketinq departamentinin müdir müavini Əli Bədəlov tədbirdə fəal iştiraklarına görə həm Jeep sahiblərinə, həm də “Buta” Sığorta şirkəti və “Şahdağ” Turizm Kompleksinə təşəkkürlərini bildirib.
Qeyd edək ki, klassik “Jeep” üslubunu və ruhunu özündə əks etdirən Wrangler-in şüarı “Hara istəyirsən get. Nə istəyirsən et” kimi səslənir. Avtomobil Sport, Sahara və Rubicon versiyaları ilə Azərbaycanda təqdim olunur.
Daha əvvəlki Jeep turu ötən ilin yayında Qəbələydə keçirilmişdi. Tur zamanı iştirakçılar yeni Jeep Grand Cherokee-ni də sınaqdan keçirmək imkanı qazanmışdılar.
Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot avtomobil brendlərinin və Hankook təkərlərinin Azərbaycanda rəsmi təmsilçisi olan Auto Azərbaycan şirkəti 20 ilə yaxın bir müddətdə təqdim etdiyi avtomobillər, servis və orijinal ehtiyat hissələri ilə avtomobil bazarının liderlərindən birinə çevrilib.
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO













