"Kamaz"la yarım əsr geriyə - Bu modellərin istehsalı dayandı

Burada heç bir şişirtmə yoxdur, reallıqdır. Avtosfer.az-ın xəbərinə görə, Almaniyadan detal gəlmədiyi üçün KAMAZ-ın dördoxlu modellərinin istehsalı dayanıb. Bir neçə ay əvvələ qədər istehsalçı fəxr edirdi ki, onun avtomobillərində Cummins mühərrik, Bosch yanacaq nasosu, Mercedes arxa körpüləri, ZF ötürmələr qutusu, Knorr Bremse tormoz sistemi quraşdırılır. Bir sözlə, ən yaxşıları seçilib. İndi bu detallar olmadığı üçün 20 tondan yuxarı yük götürən modellər istehsal edilmir. Bu da ilk növbədə ordunun təchizatını çətinləşdirir. Axı məşhur Pansir sistemləri, tank evakuatorları dördoxlu KamAZ şassisində yığılır.

Sual oluna bilər: bütün məmurların dedikləri idxalın əvəzlənməsi necə olsun? Yerli istehsalı təşkil etmək olmazmı?
Bəri başdan deyək ki, Rusiyanın idxalın əvəzlənməsi layihəsi iflasa uğrayıb. KAMAZ da istisna deyil. Çinin Minskdə istehsal etdiyi ötürmələr qutularını almaq mümkündür. Lakin çinli istehsalçı bir neçə yüz min dollara görə Avropa ilə münasibətləri korlamayacaq. Yəni, diplomatiya puldan irəlidir.

Lakin bunun da çarəsi tapılıb: zavod 6-cı nəsil avtomobillərin istehsalını 2023-cü ilin fevralınadək dayandırıb. İndi 3-cü nəsil avtomobillərin istehsalı başlayıb ki, onlarında da demək olar bütün detallları Rusiyada istehsal olunur. Söhbət 1976-cı il modeli olan sadə mühərrikli yükgötürmə qabiliyyəti 8-10 ton olan avtomobillərdən gedir.
Nə qədər qəribə olsa da, aşağı texnologiyaya keçidə sevinənlər də var. Rusiya vətəndaşlarının əksəriyyəti belə düşünür ki, aşağı keyfiyyətli yanacaqla aşağı texnologiyalı maşın sürmək daha rahatdır.
Yəni, Rusiya yollarında yaxın həftələrdə qara tüstü verən təzə KAMAZ-lara rast gələcəyik.
Vüqar Yaşaroğlu
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım













