KASKO sığorta üzrə yığımlar 8%-ə yaxın artıb

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-fevral ayları ərzində 6 milyon 669 min manat sığorta haqqı toplayıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 7.7% və ya 474.7 min manat çoxdur. Ötən ilin yanvar-fevral aylarında KASKO sığorta üzrə 6 milyon 194.3 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 2 milyon 732.3 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4.4% və ya 115.2 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 2 milyon 617.1 min manata bərabər olub.
Sığorta ödənişlərinə nisbətən yığımlarının daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 3.3% azaldıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 42.3 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 40.9 manat təşkil edib.
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB











