Kəşfiyyat tapşırığını yerinə yetirərkən sol ayağını itirən qazimiz Xəyal Qurbanov - VİDEO

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu bütün dünyaya açıq-aşkar bəyan etdi. II Qarabağ müharibəsinin fatehlərindən biri olan baş leytenant Xəyal Qurbanov da ordusu, xalqı, milli mənliyi uğrunda qəhrəmancasına vuruşub qazi mərtəbəsinə yüksəlib. O, Talış, Suqovuşan, Tonaşen və Murovətrafı ərazilərdə döyüşüb.
Trend xəbər verir ki, onlar çox mühüm bir tapşırıq alırlar. Həmin tapşırığı yerinə yetirən zaman isə baş leytenant ağır yaralanır, lakin ayıq-sayıqlığını itirmir, düzgün qərarlar verir. Sürünərək minalı ərazidən çıxır və hospitala aparılır.
Vətən müharibəsinin ən xoş xatirələrindən biri də o idi ki, Azərbaycan əsgəri xəstəxanalarda qalmaq istəmir, yerinin döyüş meydanı olduğunu düşünürdü. Xəyal Qurbanov Azərbaycan əsgərinin döyüş ruhundan danışdı. Düşmən isə ötən müddət ərzində işğal etdiyi torpaqlarda ancaq istehkamlar qurmaqla məşğul olub ki, Azərbaycan ordusunun qarşısını ala bilsin. Ancaq bir şeyi unudub ki, indi Azərbaycan əsgəri və hərbi potensialı qarşısıalınmaz gücə sahibdir.
Qazimiz Vətən müharibəsində qəhrəmancasına döyüşdüyü üçün Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Onun bir sıra medal və fəxri fərmanlarının olması Azərbaycan zabiti kimi xidmətlərinin zənginliyini nümayiş etdirir.
Qəhrəman bir ataya sahib olmaq, hər kəsin haqqında ürəkdolusu danışdığı bir valideynin övladları olmaq isə Çingiz və Mədinə üçün ancaq fəxr duyulası bir məqamdır. Onlar ataları ilə qürur duyurlar. Bəli biz məhz bu igidlərin sayəsində adımızı qızıl hərflərlə tarixə yazmış olduq. Ona görə də qazilərimizi tanımaq və tanıtmaq hər birimizin borcudur.
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür










