KİA yenilənmiş flaqman sedanının ilk rəsmi şəkillərini dərc edib - FOTO

Kia markasının ən böyük və ən bahalı sedanı olan K9/K900 modelinin üç yaşı tamam olur. Bu isə, plan üzrə yenilənmə vaxtının gəlib çatdığını bildirir. Avtosfer.az bildirir ki, bu gün Kia şirkəti Cənubi Koreyada satılacaq yenilənmiş flaqman sedanının ilk rəsmi şəkillərini dərc edib. Xatırladaq ki, daxili bazarda sedan qısaldılmış K9 adı ilə satılır.

Avtomobil haqqında məlumat çox azdır, lakin dərc edilmiş təsvirlər çox şeydən xəbər verirlər. Göründüyü kimi, flaqmanın xarici görünüşü ciddi şəkildə dəyişdirilib. Bunun səbəbi də məlumdur: əvvəlki Quoris modeli kimi, K9/K900 modeli dünya bazarında uğursuzluqla üzləşib. Hətta doğma vətənində belə sedanın illik satış həcmi yeddi mini keçməyib. Dizaynerlər avtomobili xilas etmək üçün onun imicini dəyişmək qərarına gəliblər.

Bununla belə, bayraqdar sedanın interyer şəkilləri dərc edilməyib. Texniki hissədə baş vermiş yeniliklər barədə də məlumat verilməyib. Ətraflı məlumat yaxın zamanlarda, Nəticədə flaqman nazik fənərləri və iri radiator barmaqlığı olan yeni “üzə” sahib olub. Məlum məsələdir ki, şirkəti yeni loqotipi də peyda olub. 19-düymlük təkər disklərinin də dizaynı dəyişdirilib. Bentley üslubunda dizayna malik olan arxa fənərlər işıqlanan zolaqla “birləşdiriliblər”. Məhz bu zolaq ucbatından nömrə nişanı üçün meydança baqaj qapağından arxa bamperə köçürülüb.
Yenilənmiş sedanın təqdimatı zamanı açıqlanacaqdır.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır













