"KİA"nın bu modelində CİDDİ TƏHLÜKƏLƏR aşkarlanıb

Cənubi Koreyanın "Kia" şirkəti 2024-cü il aprelin 2-dən oktyabrın 17-dək istehsal olunmuş 1385 "Sorento" avtomobilini təmir üçün geri çağıracaq.
Bu barədə carscoops.com məlumat yayıb.
Qeyd olunur ki, geri çağırma kampaniyası yanacaq xəttindəki zavod qüsuru ilə bağlıdır. "Kia" bildirib ki, öndən toqquşma zamanı krossoverin ön alt çərçivəsi geriyə doğru hərəkət edə bilər.
Avtosfer.az “redaktor.az”a istinadən xəbər verir ki, bu, sükan çarxının yanacaq xəttinə doğru hərəkət etməsinə, potensial olaraq zədələnməsinə və yanacaq sızmasına və sonradan avtomobilin yanmasına səbəb olacaq.
Yanvarın əvvəlində avtomobil sahiblərinə geri çağırma barədə məlumat veriləcək. Nəşr bildirir ki, onlar avtomobillərini ən qısa zamanda təmir üçün "Kia" dilerinə gətirməlidirlər.
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO












