Kiçik mühərrikli avtomobillərin icbari sığortası problemi niyə həllini tapmır?

Azərbaycanda kiçik mühərrikli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası problemi yenidən gündəmə gəlib.
Bəzi sığorta şirkətləri yenə də mühərrikinin həcmi 2 000 kub santimetrdən aşağı olan avtomobilləri sığortalamaqdan boyun qaçırır.
"Kiçik mühərrikli avtomobilləri sığortalamaq şirkətlərə sərf etmir"
Mövzu ilə bağlı Report-a açıqlama verən sığorta bazarı üzrə ekspert Kamran Babayev deyir ki, kiçik mühərrikli avtomobilləri sığortalamaq şirkətlərə sərf etmir, odur ki, bu problem həllini tapmır.
"Azərbaycanda avtomobillərin icbari sığortasının onlayn satışı məcburi olsa da, əksər sığorta şirkətlərinin internet səhifələrində icbari avtosığorta satılmır. Texniki problemlər var. Bu da onunla bağlıdır ki, kiçik mühərrikli avtomobillər üçün icbari sığorta haqqı az, həmin avtomobillərlə sığorta hadisəsinin baş vermə riski isə yüksəkdir. Çünki, bu cür avtomobillər daha çox taksi fəaliyyəti göstərmək üçün istifadə olunur. Odur ki, sığorta şirkətləri bu avtomobilləri sığortalamaqda maraqlı deyil. Amma qanunla onlar bütün avtomobilləri sığortalamalıdırlar. Yəni, sığortaçılara bu məsələdə seçim imkanı verilməyib. Əgər şirkət "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" lisenziyasına malikdirsə, müştəriyə "Yox" deyə bilməz", - deyə o qeyd edib.
"Vətəndaşlardan satışda problemlər olması barədə şikayət daxil olmayıb"
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyində isə deyirlər ki, quruma icbari avtosığortanın satışında problemlər olması barədə vətəndaşlardan şikayət daxil olmayıb: "İcbari sığortalar haqqında" qanuna görə, hər bir avtomobil sahibi mülki məsuliyyətini mütləq sığortalamalıdır və bu növ lisenziyaya malik olan heç bir qeyri-həyat sığortası şirkəti satışdan imtina edə bilməz. Avtomobillərin icbari sığortası da daxil olmaqla icbari sığorta məhsullarının əldə edilməsinin asanlaşdırılması məqsədi qeyri-həyat sığortası şirkətlərinə internet səhifələri üzərindən məhsul satmaq barədə göstəriş verilib və bu məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı mütəmadi olaraq monitorinqlər aparır".
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










