Kilometraj 6666 göstərdi; maral avtobusun üstünə atıldı – FOTOLAR

Minskdən Kiyevə gedən avtobuslardan birində qəza baş verib. Anspress-in məlumatına görə, Belarusun paytaxtı Minskdən Ukraynanın paytaxtı Kiyev istiqamətində hərəkət edən sərnişin avtobusu ani qəza ilə üzləşib. Belə ki, saatda 70 km sürətlə hərəkət edən avtobusun özünə qəfildən "kanada maralı" deyilən heyvan sıçrayıb. Şahidlərin sözlərinə görə, avtobus sürücüsü qəzadan qaçmaq üçün heç bir səy göstərməyib və nəticəsə maral sürücün oturduğu kabinaya girib. Sürücü isə özünü qaçıraraq zərbədən xilas edib. Lakin maral zərbənin təsirindən hadisə yerindəcə canını tapşırıb. Xoşbəxtlikdən qəza zamanı yatan sərnişinlərdən də xəsarət alan olmayıb. Maraqlı isə budur ki, qəza baş verən zaman dayanan avtobusun spidometrində getdiyi yolun uzunluğunun şeytani rəqəm hesab edilən 666,6 olduğu, həmçinin saatın 5.55 olduğu görülüb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














