“KİA EV9”un GT versiyası təsdiq edildi: 2025-ci ildə təqdim olunacaq - FOTO

Cənubi Koreya markası olan “Kia”nın qabaqcıl köhnə elektromobil SUV modeli “EV9”un texniki məlumatlarını elan etdi. Lakin modelin ən yüksək performanslı versiyası insanlar tərəfindən qaneedici olmaya bilər. Buna səbəb “EV9”un yüksək performanslı növündə cüt elektromobil mühərrik var və ən yeni SUV modelinin 0-100 km/saat sürətlənməsi 6 saniyədə baş tutur. Avtosfer.az xəbər verir ki, “Kia”nın CEO-su 2025-ci ildə “EV9”un GT versiyasının gələcəyini açıqlayıb. Yəni qarşıdan gələn 2 il müddətində “Kia EV9”u görə biləcəyik.
“Kia Motors” rəhbəri və CEO-su Ho Sung Song, New York Beynəlxalq avtomobil sərgisində verdiyi açıqlamada qarşıdan gələn 2 il müddətində “EV9”un GT növünün gələcəyini qeyd etdi. Həmçinin marka sahibi “EV9”un GT versiyası üzərində işlədiklərini bildirdi.
Markanın “EV9 GT”nın “EV6 GT” ilə eyni güc ötürmə sisteminə malik olacağı düşünülür. Bu da “EV9 GT”nın 576 at gücünə və 738 Nm fırlanma sürətinə sahib olacağını göstərir. Böyük ehtimal “EV9 GT”nın 0-100 km/saat sürətlənməsi 4 saniyəyə yaxın və 4 saniyənin altında olacaq.
Nərmin Əkbər
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR





















