Köhnə avtomobillərə qoyulan idxal qadağasının təsirini necə yumşaltmaq olar?

“Azərbaycana gətirilən, istehsal tarixi yeni, mühərrikinin həcmi kiçik olan və xüsusilə ekoloji təhlükəsiz avtomobillərə gömrük güzəştləri edilməlidir”.
Belə bir təklifi Oxu.az-a istehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağa haqqında danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov səsləndirib. Deputat qeyd edib ki, gömrük güzəştləri yeni avtomobillərə marağın artmasına təkan verə bilər:
“Azərbaycan bir müddət öncə “Avro-4” standartlarına keçidi reallaşdıran zaman istifadə edilə biləcək avtomobillərin istehsal tarixi 10 il müəyyənləşdirilmişdi. Üzərindən vaxt keçsə də, qərara dəyişikliklər edilmədi və bu, tətbiq olunmadı. Azərbaycana idxal edilən avtomobillərin strukturuna diqqət etsək, görərik ki, əksəriyyəti istehsal ili köhnə olanlardır. Daha köhnə olan avtomobillərin idxalı nisbətən azalıb və qiymət baxımından yeni avtomobillərə də tələbin azalması müşahidə olunurdu. Yeni avtomobillərin alışı daha çox avtomobil şirkətlərinin Azərbaycandakı nümayəndəliklərindən həyata keçirilirdi. Ona görə avtomobil parkının köhnəlməsinin qarşısının alınması üçün bu qərar vacib idi.
Nazirlər Kabinetinin qərarı köhnə və nisbətən ucuz olan avtomobillərin bahalaşmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, mühərrik gücü yüksək olmayan avtomobillər üçün gömrük güzəştlərinin edilməsi təklifini səsləndirə bilərik. Xüsusilə, bu, istehsal tarixi yeni olan, ekoloji təhlükəsiz avtomobillərə marağın artmasına gətirib çıxara bilər. Güzəştlər idxalla məşğul olan sahibkarların yeni avtomobilləri gətirmələrinə stimul yaradar. Həmçinin, tələbin artmasına, bu isə qiymətlərin stabilləşməsinə təkan verər”.
Xatırladaq ki, ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.
Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsinə çətinliklərin yaranacağı haqqında narahatlıqlara da gətirib çıxardı.
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB











