Köhnə avtomobillərlə bağlı qərar havanın keyfiyyətinə müsbət təsir edəcək

Nazirlər Kabineti tərəfindən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də atmosfer havasına mənfi təsirlərin azalmasına səbəb olacaq. Müəyyən müddətdən sonra bu qərar atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə gətirib çıxaracaq.
Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarə rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələri təşviq edilməlidir
"Elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən tullantısız və ya az tullantılı avtomobillərin ölkəyə gətirilməsinin təşviqi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməsi günümüzün ən aktual məsələlərindəndir".
N.Mahmudov qeyd edib ki, ölkəmizə çoxlu sayda xaricdə istehsal olunmuş köhnə avtomobillər gətirilir ki, onların əksəriyyəti standartlardan da aşağı parametrlərə malikdir və həmin avtomobillər məhz o ölkələrdən gəlir ki, orada ən yüksək standartlar tətbiq edilir.

"Deməli, bu nəqliyyat vasitələrinin texniki göstəriciləri standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu avtomobilləri ən yaxşı halda satmaqla öz ölkələrində ekoloji problemlərin həllinə nail olmağa çalışırlar.
Sözügedən qərar digər ölkələrdə istifadəsi məhdudlaşdırılan avtomobillərin ölkəmizə axınının, eləcə də, atmosfer havasının çirklənməsinin qarşısını alacaq”,-o, deyib.
N.Mahmudovun fikrincə, hazırki dövrdə ola bilsin ki, bu qərarın nəticələri o qədər də hiss olunmasın, lakin müəyyən vaxt keçdikdən sonra bu addımın atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə səbəb olacağını müşahidə edəcəyik.
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










