Koreyanın baş naziri NİİM-də olub – FOTO

Noyabrın 28-də Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olub. Oxu.Az xəbər verir ki, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun müşayiəti ilə Koreyalı nümayəndə heyəti Mərkəzin iş fəaliyyəti ilə tanış olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Baş direktoru Elnur Abdullayev qonaqlara Sistemin Azərbaycanda tətbiqindən sonra əldə edilmiş uğurlar, ictimai nəqliyyat, sərnişindaşımaları sahəsində səmərəliliyin artması haqqında ətraflı məlumat verib. Koreya Respublikasının Baş naziri Çanq Honqvona bildirilib ki, Mərkəz ən müasir avadanlıqlarla təhciz olunub. Nəqliyyat sahəsində ən böyük monitorun məhz bu mərkəzdə olduğu və bunun vasitəsilə gün ərzində nəqliyyat axının vəziyyətinə nəzarət edildiyi qonağın diqqətinə çatdırılıb. Eyni zamanda Koreya Respublikasının Baş naziri Çanq Honqvon Bakı şəhərində tətbiq olunmuş bu sistemdən heyranlığını ifadə edib və görüşdən çox məmnun qaldığını bildirib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














