Lerikdə “VAZ-2106” “Niva” ilə toqquşdu: 4 yaralı - FOTO

Lerikdə 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 27-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini, 51 yaşlı Şahin Əliyevin idarə etdiyi “Niva” markalı minik avtomobili Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn həmyerlisi, 53 yaşlı Zadir Seyfullayevin idarə etdiyi “VAZ- 2106” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə, onların sürücüləri ilə birlikdə daha 2 nəfər sərnişin ciddi bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər. Lerik rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirərək araşdırmalara başlayıblar.
İlkin versiya kimi qəzanın yağmurlu hava şəraitində “Niva” markalı avtomobilin “VAZ-2106” markalı maşının yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaratması səbəbindən baş verdiyi göstərilir. Hadisəsinin dəqiq səbəbləri isə keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları













