Maşın alanlara MƏSLƏHƏT: Avtomobili seçərkən bunlara diqqət edin

Mütəxəssislər yeni başlayanlara düzgün avtomobil seçməkdə kömək edəcək məsləhətlər veriblər.
Təcrübəsiz bir sürücünün ilk avtomobilinin seçimi çox diqqətlə aparılmalıdır.
Yalnız avtomobilin rəngi və markası üçün fərdi üstünlükləri rəhbər tutmaq kifayət deyil. Birinci avtomobilin təhlükəsiz, manevr qabiliyyəti, eləcə də idarə olunması asan və qənaətcil olması vacibdir.
Təcrübəsiz sürücülər hələ də nəqliyyat vasitəsinin ölçülərini kifayət qədər yaxşı hiss etmədikləri üçün kiçik bir avtomobil seçmək məsləhətdir. Avtomobilin kompakt ölçüləri park etməyi asanlaşdıracaq, həmçinin hərəkət zamanı məsafəni hesablamağa imkan verəcək.
İİk avtomobili etibarlı və ümumi markalardan seçmək rasional olar. Çünki avtomobilin təmirə ehtiyacı varsa, lazımi ehtiyat hissələrini tapmaq çətin olmayacaq. Eyni zamanda, avtomobilin texniki xidməti də daha ucuz olacaq. (lent.az)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?











