Maşının qabağını qaldırıb avtoxuliqanlıq edən sürücülər saxlanıldı; ikisi də həbs olundu - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı rayon sakini T.Talıbov və Bakı şəhər sakini Ə.Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 gün müddətində inzibati qaydada həbs ediliblər. Bu kimi nəzarət-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı













