Maşınına dəyişiklik etdi, DYP qeydiyyata almadı - AÇIQLAMA

Gəncə şəhər sakini Heydər Qaytaranov özünə məxsus avtomobilin qeydiyyata alınmamasından şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, o, avtomobildə müəyyən konstruksiya dəyişiklikləri edib və maşını dəyişikliyə uyğun DYP-də qeydiyyatdan keçirmək istəyib.
Onun sözlərinə görə, Gəncə şəhər 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi onun müraciətinə mənfi cavab verib: “Dövlət qeydiyyat nömrəsi 32-BH-160 olan “GAZ-M21” markalı minik avtomobilimlə bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, qeydiyyata alınmır. Düzdür, həmin nəqliyyat vasitəsinin strukturunda müəyyən dəyişikliklər etmişəm. Avtomobilimin dövlət qeydiyyatından keçirilməsini və uçota alınmasını xahiş etmişəm. Amma müraciətim təmin olunmayıb”.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupu ilə əlaqə saxladıq. Baş inspektor, polis baş leytenantı Eşqin Qasımov saytımıza bildirdi ki, vətəndaşın müraciətinə baxılıb: “Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və məlum olub ki, vətəndaşın avtomobilə etdiyi konstruksiya dəyişikliyi qanunaziddir, buna görə də onun avtomobili dövlət qeydiyyatına alına bilməz”.
Qeyd edək ki, qanuna əsasən, qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır. Avtonəqliyyat vasitələri qeydiyyata alınarkən mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsinin konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir.

Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












