Maşınla vurulan piyadanın başı «patpres»i belə dağıtdı – ŞOK VİDEO

Bakıda piyada keçidindən keçməyən daha bir piyadanın faciəli aqibəti Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları tərəfindən anbaan qeydə alınıb. Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə paytaxtın mərkəzi küçələrindən birində - «Xalq bank»ın binasının qarşısında baş verib. Üzərində «taksi» nişanı olan «Mersedes» markalı avtomobilin qarşısına qəflətən çıxan piyada əvvəlcə asta-asta yolun hərəkət hissəsinə keçir. Sonra isə maşının yaxınlaşdığını görüb qaça-qaça yolu keçməyə çalışır. Sürücü maşını kənara çəkməyə çalışsa da, təəssüf ki, piyada da məhz həmin istiqamətə qaçır və maşın onu vurur.
Zərbə o qədər güclü olur ki, piyadanın başı avtomobilin qabaq alın şüşüəsinə dəyərək parça-parça edir. Piyada isə sürətlə hərəkət edən avtomobilin zərbəsindən bir neçə metr kənara düşür. Ətrafdakı insanlar yaralıya kömək etmək üçün hadisə yerinə yaxınlaşırlar.
Məsələ burasındadır ki, bu hadisənin baş verdiyi yerin yaxınlığında piyada keçidi var. Lakin bu piyada keçiddən yox, qadağan olunmuş yerdən yolu keçməyə çalışır. Bu da piyada səhlənkarlığının faciəli sonluğu…
Elməddin Muradlı
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










