Maşınlara ziyan vuran "avtoş" şəhərdə görün nə oyun çıxardı - VİDEO

Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.
Avtosfer.az-a sürücün şəhər küçələrində pozduğu qaydaların və yaratdığı təhlükəli anların videolarını əldə edib.
Qeyd edək ki, dəfələrlə təhlükə yaradan sürücü 10-dan çox maşına ziyan vurub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, avtomobillərinə ziyan dəymiş sürücülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib. "Yol polisi sürücünün bütün əməllərini kameralar vasitəsilə aşkar edib. Sürücü yol polisi tərəfindən saxlanılıb. Hazırda onun barəsində müvafiq tədbirlər görülməsi ilə aidiyyəti üzrə təhvil verilib. Digər sürücülərə vurduğu maddi ziyana görə barəsində cinayət işi açılıb. Araşdırma davam edir."
Xatırladaq ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdən pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Orxan
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya












