"Mercedes G500"ün 4x4 versiyası olacaq - FOTO

Cenevrə avtosalonunda təqdim edilmiş “Mercedes G500 4x4²” konseptual yolsuzluq avtomobili yeni versiyası olacaq. Avtosfer.az "auto.az"-a istinadən məlumatına görə, avtomobilin satışı cari ilin sentyabr ayında başlayacaq və qiyməti Avropada 226100 avrodan start götürəcək.

Çətin yollarda hərəkət üçün nəzərdə tutulmuş “Mercedes-Benz G500 4x4²” ötən il təqdim edilmiş altıtəkərli “G 63 AMG 6x6”-nın ən layiqli alternatividir. Faktiki olaraq, bu, adi dördtəkərli “Qelendvaqen”dir. lakin tam ötürücüyə malikdir. Yeniliyin yer səthi ilə arasında olan məsafə 45 sm-dir.

5,5-litrlik 544 a.g. verən V8 mühərrikinin əvəzinə, “G500 4x4²”-də 422-güclü “səkkizlik” və 7-pilləli avtomat sürət qutusu quraşdırılıb. Avtomobilin dinamik xarakteristikası barədə hələlik məlumat yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, yolsuzluq avtomobilinin maksimal sürəti 200 km/saatı ötür. Xatırladaq ki, “Mercedes” şirkəti 2017-ci ilin “G-Class”-ını yeniləməyi planlaşdırır.

Çox güman ki, avtomobil 100 mm enli olacaq, həmçinin 3- və ya 4-rıçaqlı asılqan alacaq.

“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










