Milli Məclisin hərraca çıxarılan avtomobili bahadır? - Açıqlama - VİDEO

Hərraca çıxarılan Milli Məclisin "Nissan Maxima" avtomobili bazar qiymətinə uyğundur.
Avtosfer.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. "Müsadirə olunmuş, müxtəlif yollarla dövlət əmlakına çevrilmiş və ya əvvəlcədən dövlətin mülkiyyətində olan nəqliyyat vasitələri müəyyən müddətdən sonra hərraca çıxarılaraq satılır. Bu avtomobillər istismar müddətini demək olar ki, başa çatdırmaq üzrə olan, ciddi problemləri və təmirinə yüksək vəsait tələb olunan avtomobillərdir. Hərraca çıxarılan avtomobilləri bazar qiymətindən kifayət qədər aşağı qiymətə almaq olar. Amma onların aşağı qiymətə təklif olunması avtomobilin ciddi problemi olmasını göstərir. Hərracın səhifəsində avtomobilin istehsal tarixi, yürüşü, markası, fotosu və s. barədə məlumatlar görə bilirik.
Bundan başqa onun hansı hissələrinin təmirə ehtiyac olması və ya yararsız olması barədə məlumatlar da olur. Ümumiyyətlə isə hərraca çıxarılan avtomobil daha çox xərc tələb edirsə, onu bu işlə məşğul olan şəxslərin, yəni istismara az yararlı olan ikinci əl avtomobilləri təmir edən, bundan nə qədər xeyir qazanacağını bilən şəxslərin alması daha yaxşı olar", - ekspert bildirib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










