Mingəçevirdə ağır qəza: 29 yaşlı oğlan öldü - VİDEO

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, şəhər sakini, 1985-cı il təvəllüdlü Əkbərov Zaur Nadir oğlu idarə etdiyi 90-BA-980 dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq 2 ağaca çırpılıb. Zərbənin gücündən maşın əzilərək ağaca bitişik vəziyyətdə qalıb. Ağır bədən xəsarətləri alan sürücü dərhal ətrafdakı sakinlərin köməyi ilə maşından çıxarılıb. Təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Zaur Əkbərovun həyatını xilas etmək mümkün olmayıb. Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Bəlyər Bəşirli bildirib ki, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















