Minik avtomobilləri istehsal edən ən BÖYÜK ÖLKƏLƏR - SİYAHI

Çin bir il ərzində təxminən 31,3 milyon avtomobil istehsal edərək dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır.
2024-cü ildə qlobal avtomobil istehsalı 2023-cü ilə nisbətən 1 faiz azalaraq 92,5 milyon ədəd olub.
Avtosfer.az “Lent.az”a istinadla bildirir ki, bu barədə Ümumdünya Avtomobil İstehsalçıları Təşkilatı (OISA) məlumat yayıb.
Qeyd olunur ki, bu rəqəmin ən böyük payı minik avtomobillərinə düşür ki, bunun da 67,7 milyon ədədi istehsal edilib (-1 faiz).
İstehsal olunan yüngül kommersiya avtomobilləri - 20,9 milyon ədəd (-3 faiz) olub. Böyük yük maşınları - 3,6 milyon ədəd (-2 faiz), avtobuslar - 291 min ədəd (+17 faiz) təşkil edib.
Çin ildə təxminən 31,3 milyon ədəd istehsal etməklə dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır. Nəqliyyat vasitələri - (+4%).
İkinci yeri ABŞ tutur - 10,5 milyon ədəd (-1 faiz). Üçüncü yerdə Yaponiyadır - 8,2 milyon ədəd (-9 faiz).
İlk beşlikdə bu ölkələr də yer alıb: Hindistan - 6 milyon ədəd (+3 faiz) və Meksika 4,2 milyon ədəd (+5 faiz).
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA












