"Moyka"dan maşın qaçırdılar, polisi görüb aşırdılar

Bakıda avtomobil qaçıran şəxs qəza törədib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonunun H.Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün saat 16 radələrində Salyan rayon ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib avtomobili aşırıb. Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi RPİ 7-ci PB-yə gətiriliblər. H.Soltanovun halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Nurlan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












