Narkoman sürücülərə qarşı amansız qanun: HƏBS + AĞIR CƏRİMƏ

Fransanın yeni Baş naziri Elizabet Born sözünü tutdu.
Avtosfer.az-ın xəbərinə görə, xanım baş nazir sürücülük vəsiqəsi üçün yaşın gələn ildən 17-yə salınması barədə qərar verib.
Əsas məsələ isə başqadır. Xanım Born narkoman sürücülərlə bağlı çox sərt qanunu parlamentdən keçirərək qüvvəyə minməsinə nail olub. Beləliklə, yeni qanuna görə, narkotikin təsiri altında qəza nəticəsində insan ölümü bundan sonra “ehtiyatsızlıqdan adam öldürmə” deyil, yeni “yol qəzasında adam öldürmə” maddəsi iklə tövsif olunacaq.
Bu maddə ilə ittiham olunan şəxsi 10 ilədək həbs və 150 min avroyadək cərimə gözləyir. Üstəgəl, sürücülük vəsiqəsi avtomatik ləğv edilir.
Başqa bir cəza isə alkoqol və narkotikin təsiri altında idarəetmə ilə bağlıdır. Bu halda sürücünü 8 bal cəza gözləyir.
Ekspertlərin fikrincə, 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək qanun digər ölkələr üçün də presedent olacaq.
Vüqar
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?











