Banner

Nazirlik DYP maşınları ilə bağlı problemə reaksiya verdi

Avtoxəbər 21 May 2014 19:31 Oxunub 2912
Nazirlik DYP maşınları ilə bağlı problemə reaksiya verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orxan Mansurzadə: «Məsələ ilə bağlı müvafiq göstəriş verilib, araşdırma aparılır»

 

YPX maşınlarında bort-komputerin təhlükəsizlik yastığının üstündə quraşdıılrması qəza zamanı polisin sifətində ağır iz qoya bilər

 

Avtosfer.az saytı tərəfindən yol patrul xidməti avtomobilləri ilə bağlı aparılan araşdırmaya Daxili İşlər Nazirliyindən reaksiya verilib. Araşdırmada qeyd etmişdik ki, DYP-yə məxsus avtomobillərdə son illər bort-komputer adlanan cihaz yerləşdirilir. Bu cihazlar DYP-nin Mərkəzi-Məlumat Xidməti (MMX) ilə birbaşa əlaqədə olur ki, yol-patrul xidməti əməkdaşları avtomobilin nömrəsini həmin bort-komputerə daxil etməklə elə yerindəcə bütün məlumatlarla tanış ola bilər. Üstəlik, bort-komputerlər vasitəsilə küçə və yollarda dayanma-durma qaydasını pozmuş avtomobillərə inzibati protokol tərtib olunur. Həmin bort-komputerlər DYP avtomobilində sükanın sağ tərəfində, yəni sərnişinin oturduğu oturacaqla üzbəüz, qabaq alın şüşəsinin altına, avtomobilin kiçik baqajının («borodoçok») üstünə yerləşdirilir. Həmin yerdə isə əksər avtomobillərdə olduğu kimi, DYP maşınlarında da təhlükəsizlik yastığı yerləşdirilir. Deməli, yol polisi əməkdaşlarının hər maşında iki-iki xidmət apardığını nəzərə alsaq, sürücünün yanında oturan yol-patrul xidməti əməkdaşının həyatı təhlükə qarşısındadır. Çünki bu avtomobil harasa çırpılsa və ya hansısa qəza düşsə, sözsüz ki, təhlükəsizlik yastığı dərhal açılacaq. Bu zaman həmin təhlükəsizlik yastığının üstünə quraşdırılmış və çəkisi təxminən 1 kq-a yaxın olan bort-komputer DYP əməkdaşının sifətinə çırpılacaq. Bu çırpılma adi zərbədən güclü olur. Çünki təhlükəsizlik yastığının açılma və hava ilə dolma sürəti olduqca yüksəkdir. Bu sürətlə hətta təhlükəsizlik yastığının özü belə sürücünün və ya sərnişinin sifətinə dəydikdə müəyyən təsiri olur. Üstəlik, 1 kq-a yaxın dəmir cihazın eyni sürətlə DYP əməkdaşının sifətinə çırpılması daha ağır fəsadlara gətirib çıxara bilər. Və bəlkə də artıq bu cür fəsadlar yaşanıb. Çünki fotomateriallardan və videodan da aydın olur ki, ayrı-ayrı vaxtlarda qəzaya uğramış DYP maşınlarının hamısında məhz qeyd etdiyimiz nöqtədə təhlükəsizlik yastığı açılıb. Və bu qəzaların da hamısında DYP əməkdaşı xəsarət alıb. Xəsarətin dərəcəsi və yeri barədə dəqiq məlumat vermək bir qədər çətin olsa da, görünən odur ki, DYP-nin istifadəsində olan bütün yol-patrul xidməti avtomobillərində eyni mənzərə yaşanır. Yəni, bu avtomobillərin hər hansı biri qəzaya uğrasa, sağ oturacaqda oturan polis əməkdaşının sifətindən xəsarət alması qaçılmazdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Avtosfer.az saytı ilə əlaqə saxlayaraq, ilk növbədə belə bir maraqlı mövzuya toxunulduğuna görə təşəkkürünü bildirib. Daha sonra isə əlavə edib ki, qaldırılan problemlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən yol-patrul xidməti rəhbərliyinə müvafiq tapşırıqlar verilib: «Məsələ ilə bağlı araşdırmı aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək»

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh