Növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb

Rəqabət şəraitində keçən hərraca çıxarılmış nəqliyyat vasitələrinə ümumilikdə 129 sifariş qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, “Nissan Teana” markalı avtomobilin start qiyməti 6 500 manat olsa da, son təklif 16 500 manata yüksəlib. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 000 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36359i linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərrac oktyabr ayının 17, 24 və 31-i tarixlərində keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 54 nəqliyyat vasitəsi çıxarılacaq.
İştirak etmək istəyənlər xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar. (oxu.az)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












