Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5,251 mln. ABŞ dolları dəyərində 1 042 yeni hibrid avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4%, miqdar ifadəsində 18,2% azdır.
Avtosfer.az APA-ya istinadən bildirir ki, hibrid avtomobillərin ümumi avtomobillərin idxalındakı çəkisi 11% təşkil edib. Bu, illik müqayisədə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur. Ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












