Opel yeni elektrokarı haqqında məlumat verib

Opel markası yeni elektromobili haqqında danışıb. Üstəlik, bu bir seriya modeli deyil, 1970-ci ilin Manta kupesinin restomoddur. İstehsalçı layihənin təfərrüatlarını açıqlamasa da, konseptin yeni Opel Crossland və Mokka modellərinin üslubunda tərtib ediləcəyi məlumdur.
Restomodun rəsmi adı Opel Manta GSe ElektroMOD-dur. Bu ad həm 1971-ci ildə Almaniyanın Hokkenheymrinqdə bir neçə dünya sürət rekorduna imza atan eksperimetal Elektro GT elektomobilinə və həm də iki ingilis sözünə işarə edir: modern - müasir və modification - modifikasiya. Təsvirlərə görə, donor Manta dərin transformasiyaya məruz qalacaq və yeni elektrik güc qurğusuna əlavə olaraq "tam rəqəmsal kokpiti" alacaqdır.
Manta elektrokarının xarici görünüşünün əsas elementi Vizor paneli olacaqdır - artıq bu paneldən yeni Mokka krossoverində istifadə olunur. 2018-ci ildə təqdim olunan "qalxan" şəffaf panellərin altında LED fənərləri, markanın loqotipini və təhlükəsizlik sistemlərinin sensorlarını birləşdirir. Restomoddakı panel orijinal Manta modelinin ön tərəfinin dizaynına əsaslanır.
Elektrik Manta restomodu Manta A-nın ilk versiyasına əsaslanacaqdır. Bu model 1975-ci ilə qədər istehsal edilmiş və həqiqi bir bestseller olmuşdur: beş buraxılış ili ərzində 498 553 avtomobil istehsal edilmişdir.
Restomodun hansı güc qurğusunu alacağı hələlik məlum deyil, ancaq elektrokar 60-105 at qüvvəli 1,2-1,9 litrlik mühərriklərlə təchiz edilmiş orijinal avtomobildən daha güclü olacaqdır. Məsələn, restomodu Mokka-e modelindən götürülmüş 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 50 kilovat-saatlıq batareya ilə təchiz edə bilərlər.
Şirkət Opel Manta GSe ElektroMOD kupesini minik avtomobillərinin və yüngül kommersiya nəqliyyat vasitələrinin elektrikləşdirilməsi strategiyasının tərkib hissəsi adlandırır. Bu proses 2024-cü ilə qədər tamamlanacaqdır. Bu günə Opel model xəttində Grandland X hibridi, Mokka-e, Corsa-e, Zafira-e Life, Combo-e və Vivaro-e elektromobilləri mövcuddur./autograph
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür










