Özü idarə olunan maşınlar nəyi dəyişəcək?

Avtoxəbər 21 Mart 2016 16:32 Oxunub 1506
Özü idarə olunan maşınlar nəyi dəyişəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşlı insanlar avtomobil idarə etməklə bağlı çətinliklərdən qurtula bilərlər

2015-ci ilin Business Intelligence Hesabatında deyilir ki, 2015 - 2020-ci illər arasında özü idarə olunan avtomobillərin istehsalı sahəsində artım 134% olacaq. Bu isə 2020-ci ilə qədər azı 10 milyon belə avtomobilin yollarda olması deməkdir.

Avtosfer.az azadliq.org-a istinadən bildirir ki, bu maşınlar artıq bir çox vəzifələri yerinə yetirməyə qadirdir. Onların sürücü ilə ünsiyyət dərəcələri də fərqlidir. Belə ki, onların təcili tormoz funksiyası tamamilə avtonom, paralel parkinq funksiyası isə yarıavtonom ola bilər.

Özü idarə olunan maşınlar uzun təkamül yolu keçməyib, onların yaranması daha çox inqilab kimi qiymətləndirilir. Tam avtonom idarə olunan avtomobillər, məsələn, Google-un istehsalı olan maşının idarə olunması üçün süni zəkadan istifadə olunur. Fevral ayında ABŞ-ın Magistral Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi öz səhifəsində bildirmişdi ki, o, Google-u onun özü idarə olunan maşınlarındakı süni zəka sistemini federal qanuna görə sürücü kimi tanıya bilər.

 

3,9 MİLYARD DOLLAR TƏKLİF OLUNUR

 

Keçən ay, 2016-cı ilin Şimali Amerika Avtoşousunda sürücüsüz yol hərəkətinin qaçılmaz olduğu daha da konkretləşdi. ABŞ-ın Nəqliyyat Katibi Anthony Foxx elan etdi ki, Ağ Ev növbəti 10 il ərzində sürücüsüz idarə olunan maşınların daha məqbul vəziyyətə gətirilməsi üçün aparılan tədqiqatı və bu sahədə infrastrukturun təkmilləşdirilməsini maliyyələşdirmək məqsədilə 3,9 milyard dollar xərcləməyi təklif edib. Nəqliyyat Katibi Foxx həmçinin deyib ki, yaxın altı ay ərzində maşınların işləmə xarakteristikaları və test metodlarını əks etdirən əlavə qaydalar təqdim olunacaq.

Özü idarə olunan maşınlardan gözlənilən üstünlüklərdən biri də yol qəzalarının azalması və daha yaxşı nəqliyyat axınıdır. Nəqliyyat Katibi Foxx qeyd edib ki, əgər özü idarə olunan maşın texnologiyalarından geniş istifadə olunsa idi, keçən il 25000 ölüm halından yan keçmək mümkün olardı. Məsələn, belə maşınların bir-biri ilə əlaqə saxlamaq qabiliyyətinin artırılması onların daha da təkmilləşməsi demək olardı. Özü idarə olunan avtomobillərin yaradılmasının asanlaşdırılmasına yönəlmiş bu layihə əvvəlcə Konqres tərəfindən təsdiq olunmalıdır. Yeni qaydaların nə zaman qəbul olunacağı isə hələ bilinmir.

 

İstər istehsalçılar, istərsə də maşın sürmə xidmətləri sürücüsüz maşınlar dövrünün qaçılmazlığını anlayaraq ona hazırlaşırlar. Reuters yazır ki, General Motors və Lyft "Express Drive" adlı proqramda partnyorluq edirlər. General Motors yanvarda San-Fransiskoda yerləşən Lyft şirkətinə 500 milyon dollarlıq investisiya qoyub. Bu əməkdaşlıqda məqsəd özü idarə olunan avtomobillərin tələb olunan şəbəkəsini yaratmaqdır. Alphabet Inc-in Google və Uber Technologies Inc kimi texnologiya şirkətləri, habelə Ford Motor Co da daxil olmaqla avtomobil istehsalçıları son illərdə bu tədqiqat sahəsinə xeyli vəsait sərf ediblər. Bu şirkətlər bildirirlər ki, avtomobil kirayəsi proqramı avtonom avtomobillər şəbəkəsinin yaradılmasında ilk addımdır.

 

HƏLƏ ƏLÇATAN DEYİL, AMMA...

 

10 milyon ABŞ-da qeydiyyatdan keçmiş 257,9 milyon minik avtomobilinin yanında çox kiçik rəqəmdir. Ancaq bu sayda avtonom maşının əlilliyi olan insanlar və ahıllar, habelə onların qayğısına qalanların həyatına təsiri həqiqətən də nəhəng ola bilər.

Belə görünür ki, özü idarə olunan maşınlar hər kəsin ehtiyaclarına uyğun ola bilər.

Belə bir avtomobil yaşından asılı olmayaraq hər kəsin müstəqil olmasına və yalnız özünə güvənməsinə yol aça bilər. Yaşlı insanlar avtomobil idarə etməklə bağlı çətinliklərdən qurtula bilərlər. Bu maşınların şəbəkəsi yollarda nəqliyyat axınını və təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdıra bilər.

Sürücüsüz maşınlar hələ istifadə üçün əlçatan deyil, ancaq onlar biz yaşlanmaqda ikən yoldadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh