Özü-özünü idarə edən yük maşınları - VİDEO

Dünyanın istənilən ölkəsində yük maşınlarının səbəb olduğu qəzalarda ciddi insan tələfatı qeyə alınır. Həmin qəzaların əksəriyyətində məhz yük maşını sürücüləri günahkar olur. Avosfer.az atvxəbər-ə istinadən məlumat verir ki, Hollandiyada bir şirkət özü özünü idarə edə bilən yük maşınları istehsal edib. Şirkət rəhbərliyinin iddiasına görə bu texnikalar sükan arxasındakı sürücülərdən daha dəqiq qərar qəbul edir. İki yük maşınının sınağı bu iddianı demək olar ki, təsdiqləyib.
Ağır tonnajlı texnika yollarda kifayət qədər sürətlə hərəkət etməsinə baxmayaraq vaxtında dönüb, vaxtında dayanmaqla mütəxəssislərin marağına səbəb olub.
Skaniya şirkətinin istehsal etdiyi yük maşınlarından ikisi sınaq üçün ictimaiyyət qarşısına çıxarılıb. İlk sınaq olduğundan sükan arxasına sürücü əyləşib, bununla belə maşın hərəkətdə olan vaxt sürücüyə ehtiyac qalmayıb. Yük maşınına quraşdırılmış “mavi qutu” yolun vəziyyəti ilə bağlı ən son məlumatları təhlil edərək, necə hərəkət edəcəyinə qərar verir. Belə ki, bu maşın əyləci basmaqla bağlı istənilən sürücüdən daha tez davranır. Avtomobil sıxlığında sürətini lazımi həddə qədər azaldan yük maşını, işıqforun tələblərinə də dəqiqliklə cavab verir. Qeyd edək ki, Hollandiya hökuməti qarşıdan gələn illərdə nəqliyyat sektorunda sürücüsüz yük maşınlarının istifadə olunmasında maraqlıdır. Rəsmilər deyir ki, sürücüsüz yük maşınlarının sərbəst hərəkət edə bilməsi üçün şəhərlərdəki bütün yollara informasiya ötürən qurğular yerləşdiriləcək. Artıq Rotterdam şəhərinin böyük hissəsi bu baxımdan avtomatlaşdırılıb.
Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI
Almaniya avtobanlarında sürət limitinin tətbiqi təklif olunur
Sürücülərə vacib xəbər - Avtomobilə aid yeni dövlət standartları qəbul edildi
Rusiyada BMW satışı 91 faiz artıb – SANKSİYALAR NECƏ OLDU?
Avtomobil sənayesində kiberhücumlar artıb - FOTO
Diqqət hərrac var! – Qiymətlər 2250 manatdan başlayır - SİYAHI
Avtomobil bazarında elektrikli modellərin sayı sürətlə artır
“Toyota Camry”yə alternativ yaratmaq üçün üçüncü cəhd
Köhnə avtomobil sahiblərinə ŞAD XƏBƏR
Yağışlı havada avtomobil idarə etmək ziyandır?
Yanacaq qiymətlərinin artması bu avtomobilləri BAHALAŞDIRACAQ










