Parklanmaya görə ödəniş rəsmiləşdi - QƏRAR

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edilib ki, Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanu- nunun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










