"Performance Center"də bu modelin satışı PİCK həddə çatdı!

Performance Center şirkəti 1997-ci ildə Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi distributoru kimi fəaliyyətə başlayıb. Hal-hazırda isə Chevrolet, Cadillac-dan başqa Ravon, BAIC və JAC markalarının rəsmi distributorluğunu həyata keçirir. Toplam 5 markaya distributorluq edən şirkət 23 il ərzində gördüyü işlərlə bazarda öz sözünü deməyi açıq-aşkar bacarmışdır.
Bilirik ki, son dövrlər Çin avtomobilləri sürətli formada dünya bazarına daxil olur. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Ən əsası innovativlik, dözümlülüyə xüsusi diqqətin yetirilməsi, servis və ehtiyat hissələrinin daha ekonom olması və s. Çinin dünyaya inteqrasiya edən və özünü doğruldan markalarında biri də JAC markasıdır. JAC markasının pick-up modeli olan T8, istər göstəriciləri, istərsə də qiymət baxımından rəqiblərindən fərqlənir və üstünlüyü ilə seçilir. Məhz bu baxımdan T8-ə pick-up bazarında böyük diqqət göstərildi. Avtomobilin qiymətinin büdcəli və texniki göstəricilərinin üstün olması, avtomobilə olan rəğbəti daha da artırdı. Avtomobil həmçinin gənc kütlənin də diqqət mərkəzinə daxil olmaqla, pick-up seqmenti üzrə bazarda yeni axın yaradıb.
Şirkətin marketinq direktoru Fərid Məmmədli qeyd edir ki, bu çətin pandemiya dönəmində JAC T8 pick-up modelinə bu qədər marağın olması və bundan dolayı artıq stokun bitməsi şirkətin lokal bazar üçün doğru seçim etdiyinin nəticəsidir. Şirkət rəsmisi bildirir ki, T8-ə marağın yüksək olmasına əsas səbəblər; avtomobilin dözümlü olması, ekonom mühərrikdən istifadə olunması, premium interyer, extreme eksteryer görünüşünə sahib olmaqla yanaşı, ehtiyat hissələri və servisini də rahat şəkildə Performance Center şirkətinin təmin etməsidir.
Qeyd edək ki, növbəti JAC T8 pick-up modelləri avqustun sonu şirkətin stokunda olacaqdır. Müştərilər ön sifariş edərək indidən T8 modelini bron etmə imkanına sahibdir. Avtomobil haqqında daha ətraflı məlumat almaq üçün www.performance-center.az və ya 1633 qısa nömrəsinə zəng edə bilərsiniz.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












