Peşəkar sürücü belə olar – ŞOK VİDEO

Azərbaycanda yükdaşıma ilə məşğul olan ağır tonnajlı nəqliyyat vasitələri tərəfindən törədilən yol qəzalarının sayı hər il artır. Yay-qış fərq eləmir, yollarda «Chagman», «Kamaz» «MAN» markalı ağırtonnajlı avtomobillərin törətdtiyi qəzalardan hamımız xəbərdarıq. Bu avtomobillər neçə-neçə ailəni məhv edib, başsız qoyub, acılar yaşadıb. Bəs görəsən, bu avtomobillər tərəfindən törədilən qəzaların sayı niyə artır?
Avtosfer.az saytının apardığı araşdırmalardan məlum oldu ki, ağırtonnajlı yük maşınlarının sürücüləri arasında qeyri-reşəkar, yəni, sürücülük vəsiqəsində müvafiq kateqoriyası olmayanlar çoxluq təşkil edir. Hətta, onların arasında, ümumiyyətlə, sürücülük vəsiqəsi olmayanlar da var. Belə olduğu halda, həmin sürücülərdən qaydalara əməl etməyi gözləmək yersizdir. Bir sürücü ki, «nəqliyyat departamentinə, yol polisinə aylıq verirəm» deyib sükan arxasına keçir, ondan nə gözləyə bilərik? Bu sürücülər gecə-gündüz iş başında olurlar, nə vaxt istirahət etdiklərindən özlərinin də xəbəri olmur. Elə buna görə də, bəzən sükan arxasında yuxulayırlar ki, ayılanda artıq gec olur.
Avtosfer.az saytının təqdim etdiyi bu videomateriala baxandan sonra bir daha əmin oluruq ki, sükan arxasında peşəkarlıq və ayıq-sayıq olmaq əvəzsiz bir duyğudur. Videomaterialda uzaq məsafələrə yük daşıyan ağırtonnajlı avtomobillərin qəza şəraitindən necə peşəkarlıqla yan keçə bilməsi əksini tapıb. Ən təhlükəli şəraitdən belə peşəkarlıqla yan keçən bu sürücülərin görüntüsü «Youtube»da 6 milyona yaxın izlənmə rekorduna imza atıb. Və bunları izlədikcə bir sual ortaya çıxır; görəsən, bizim sürücülər olsayda bu situasiyalardan sağ-salamat çıxa bilərdilərmi? Cavabı oxuculardan gözləyirik…
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları

















