"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?

Dünyanın aparıcı şin istehsalçılarından olan "Pirelli" şirkəti Yaxın Şərqdə yaranmış gərginlik fonunda riskləri azaltmaq üçün yeni fəaliyyət strategiyasını elan edib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi xəbər yayıb.
Şirkət maliyyə sabitliyini qorumaq məqsədilə məhsullarının qiymətlərini artırmaq qərarına gəlib. Yeni strategiya çərçivəsində xərclərin ixtisar edilməsi, logistik marşrutların yenidən qurulması və istehsalın fasiləsizliyini təmin etmək üçün əlavə xammal bazasının yaradılması nəzərdə tutulur.
Şirkətin rəsmi açıqlamasında qeyd olunur ki, regiondakı münaqişənin müddəti və miqyası ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Rəhbərliyin fikrincə, prosesin uzanması inflyasiyanın artmasına və istehlakçıların alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər. Vurğulanıb ki, İtaliya brendinin ümumi gəlirlərində Yaxın Şərqin payı cəmi 1% təşkil edir.
Şirkətin xalis mənfəəti 5.9% artaraq 530.7 milyon avroya çatıb. Ümumi satış dövriyyəsi isə ötən illə müqayisədə ciddi dəyişməyərək 6.776 milyard avro səviyyəsində qalıb.
Digər maraqlı məqam isə Rusiya bazarında "Land Rover" krossoverlərinə və yolsuzluq maşınlarına tələbatın artmasıdır. 2026-cı ilin birinci rübü ərzində bu ölkədə 684 ədəd yeni "Land Rover" qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












