Piyadanı vurub qaçan sürücü vicdanına məğlub oldu

Gecə Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Anspress-in məlumatına görə, hadisə Nizami rayonunun ərazisində, "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Mayılov Həmzə Bayram oğlu Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 62 yaşlı Nadir Ağakərim oğlu Kərimovu vurub. Sürücü Həmzə Mayılov piyadanı vurduqdan sonra ona kömək etmək əvəzinə hadisə yerini tərk edib. Hadisə zamanı xəsarət alan Nadir Kərimov isə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Piyadanı vuran sürücü, hadisədən bir qədər sonra Nizami rayon polis idarəsinə gedərək törətdiyi qəzanı etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












