Polad Həşimovun qisasını almağa gedən şəhid - VİDEO

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq savaşında yüzlərlə igid şəhid oldu. 44 günlük Vətən müharibəsində şəhid olanlardan biri də Nicat Şükürlüdür.
O, 1991-ci ildə Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olur və 2018-ci ildə Universiteti yüksək qiymətlərlə bitirir.
2020-ci ildə Tovuz döyüşlərindən sonra adını könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazdırır. Vətən müharibəsi başlayanda isə döyüşə yollanır. Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti, çevikliyi ilə fərqlənərək Manqa komandiri seçilir. 11 oktyabr Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. Nicat Şükürlü Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
“Report”un çəkiliş qrupu şəhidin evində yaxınları ilə həmsöhbət olub.
Şəhidin anası Aybəniz Şükürova oğlunun daim qoçaq, mərd olduğunu deyib. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov şəhid olandan sonra Nicat heç rahatlıq tapa bilmirdi: “Elə həmişə deyirdi ki, Polad Həşimovun qisasını almaq lazımdır. Buna görə də gedib könüllü müharibəyə yazılmışdı”.
Atası Ayaz Şükürlü isə bildirir ki, oğlu kişi kimi döyüşdü, kişi kimi də şəhid oldu: “Nicat uşaq yaşlarında çox əqidəli, ağıllı, savadlı uşaq idi. Həmyaşıdlarından daim seçilirdi. Vətən sevgisi həddindən artıq böyük idi. Tovuz hadisələri, generalımızın ölümündən sonra rahatlıq tapmırdı. Müharibə başlayanda bir məqsədi var idi - ölkənin ərazi bütövlüyünü bərpa etmək. Həmişə deyirdi ki, biz gələcək nəsillərə bu müharibəni buraxmamalıyıq”.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











