Polis əlini qaldıran şəxsi belə güllələdi - VİDEO

Cənubi Korolina polisi təhlükəsizlik kəmərini bağlamadığına görə saxladığı silahsız sürücünü güllələdiyinə görə vəzifəsindən qovularaq həbs edilib. Anspress-in məlumatına görə, 31 yaşlı polis Şon Qroubert 4 sentyabr tarixində Kolumbiya yaxınlığında baş verən insidentdə sürücü Levar Consu 4 dəfə atəş açır. Lakin hadisənin videoyazısı üzə çıxandan sonra polis zorakılığı gündəmdə olan ölkədə əsl səs küyə səbəb olub. Qroubertin vəzifəsindən sui istifadə bəndi ilə həbsinə order verilib. Polisin günahı sübuta yetirilsə onu 20 il məhkumluq həyatı gözləyir. Hadisənin videosu isə hakimiyyət tərəfindən ötən gün işıq üzü görüb. Görüntülər qaz doldurma məntəqəsi yaxınlığında polisin artıq maşından çıxmış Consa müraciət etməsi ilə başlayır. Qroubert soruşur “Sizin lisenziyanızı görə bilərəm?” bu zaman Cons lisenziya dalınca öz maşınına tərəf çönür və təklifindən düz 4 saniyə sonra polis atəş açmağa başlayır. “Mən sadəcə lisenziyanı götürürdüm, siz dediz lisenziyanı götür!”- deyə Cons qışqırıraraq əlini qaldırır və güllənin təzyiqindən yerə yıxılır. Polis isə ona bir neçə həyəcanlı dəqiqədən sonra “sizin sadəcə təzədən avtomobilə geri qayıtmağınız məni şübhələndirdi”.
Yerdə olan Cons polisdən onu niyə saxladığını soruşduqda isə Qroubert “Ser mən sizi təhlükəsizlik kəmərinizi bağlamadığınıza görə saxladım”.
Hazırda çiynindən güllə yarası alan Cons dindirildikdən sonra xəstəxanadan evinə buraxılır və müalicəsini davam edir.
Qeyd edək ki, hadisənin videosu Missurinin Fergyuson şəhərində baş verən toqquşmalardan bir ay sonra yayılıb. Məhz orada da polisin silahsız qaradəriliyə atəş açıb qətlə yetirməsi, hüquq mühafizə orqanlarının aqressivliyi etirazlara səbəb olmuşdu.
Elməddin
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










