Polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsini Bakı-Ələt magistralına birləşdirən hissədə polis baş serjantı, 1977-ci il təvəllüdlü Mürsəlov Rüstəm Eldar oğlunun idarə etdiyi 90 AP 050 nömrə nişanlı "Kia Sportage" markalı avtomobil "Daf" markalı qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə R.Mürsəlov ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Lent.az-ın verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Qaradağ rayon Polis İdarəsi, 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin xidməti avtomobili olub. Qəzada dünyasını dəyişən R.Mürsəlov isə polis baş serjantıdır və bölmə rəisi T.Paşayevin sürücüsü olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qəzaya səbəb kimi yağmurla hava şəraitində sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi göstərilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












