“Porsche Cayenne” gələn həftə təqdimatını gerçəkləşdirəcək - FOTO

Alman avtomobil istehsalçısı “Porsche” uzun müddətdir ki, “Cayenne”nin dizaynı üzərində işləyir. Ötən günlərdə avtomobilin interyerinin görüntülərini yayan marka, indi də avtomobilin son fraqman şəklini paylaşıb. Avtosfer.az xəbər verir ki, model gələn həftə baş tutacaq Şanxay avtomobil sərgisində nümayiş etdiriləcək.
Paylaşılan şəkilə baxdıqda avtomobilin fara sistemi ətraflı şəkildə gözə çarpır. “Taycan”ın oxşar formasına malik olan fara (fənər) qrupunda 16.384 fərdi idarə olunan mikro LED var. Belə ki, bu yolla faralar 600 metrə qədər yolu aydın şəkildə işıqlandıra bilir. Hazırda avtomobilin arxa tərəfi paylaşılmasa da, bu hissədə yenilənmiş stop qrupunun yer alacağı gözlənilir.
Texniki tərəfdən, baza modelinin əvvəlki versiyadan daha çox performans fəaliyyətləri təqdim etməsi planlaşdırılır. Bu baxımdan avtomobil 3.0 litrlik V6 mühərriki 353 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edə biləcək. “Cayenne S” V6 mühərrikini itirəcək və 4.0 litrlik V8 mühərriki ilə əvəz olunacaq. Aqreqat 475 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edə biləcək.
“Cayenne Coupe GT” 660 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edəcək. Belə ki, e-hibrid çeşidi cəmi 469 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edəcək. Bütün modellər 8 pilləli avtomatik transmissiya ilə gələcək və 4 təkərli ötürücü sistemə sahib olacaq. Elektromobil modellərdə isə 17,9 kVt-saat batareya daha böyüyü - 25,9 kVt-saatlıqla əvəz olunacaq.
“Porsche”, həmçinin Çindəki müştərilərinə 2.0 litrlik 4 silindrli güc bloku təklif etməyi planlaşdırır. Dizayn edilmiş “Cayenne”, “Porsche” tarixindəki ən geniş məhsul təkmilləşdirmələrindən birini təmsil edəcək.
Qeyd edək ki, avtomobilin 4-cü nəsli 2025-ci ildən sonra qarşımıza çıxacaq.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR















