"Porsche" elektromobil üçün yatırımlarını artırır

Porsche Xorvatiyanın elektrikli hiperkarlar və akkumulyator aqreqatları ilə tanınan Rimac avtomobil şirkətinə yatırımı artırıb. Porsche rəsmilərinin verdiyi açıqlamada şirkətin əlindəki hissələrin 15%-dən 24%-ə qaldırıldığı və elektromobil bazarı üçün Rimac-a 70 milyon avro yatırıldığı qeyd edilib.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, bununla Porsche artıq üçüncü dəfə elektromobilə investisiya yatırmış olacaq. 2018-ci ildə başlayan investisiyalar 2019-cu ildə də davam edib. Bir neçə ay əvvəl Hyundai Motor Company və Kia Motors birlikdə Rimac üçün 80 milyon avro sərmayə qoyub. Mate Rimac tərəfindən 2009-cu ildə qurulan şirkət 2018-ci il Cenevrə Beynəlxalq Avtomobillər Sərgisində təqdim etdiyi iki yerlik C Two elektrik hiper avtomobilləri ilə xeyli tanınıb. Təxminən iki min at gücündə istehsal edilən maşının sürəti saatda 256 mildir. Rimac avtomobilin son versiyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır.
Porsche AG-nin icraçı vitse-prezidenti Lutz Meschke bildirib ki, Porsche ən çox Rimac-ın inkişafı ilə maraqlanır. Həmçinin vurğulanıb ki, davamlı investisiyalarına baxmayaraq, Porsche-nin Rimac-a nəzarət hüququ yoxdur.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












