"Bu, qələbəyə aparan yoldur" - Prezident Şuşa yolunda maşın sürdü - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Avtosfer.az xəbər verir ki, paylaşımdakı görüntü yeni salınan yol ilə bağlı olub.
"Burada heç vaxt yol olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə indi cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları rahat Şuşaya gedəcəklər",- prezident bildirib.
Videoda dövlət başçısı Şuşaya aparan yol ilə bağlı danışıb:
“Gün də çıxdı, günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Yol tikintisi də aparılır. Əminəm ki, bu, gözəl bir yol olacaq. Ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək Mənzərəli və tarixi yoldur, qələbəyə aparan yoldur. Səma da açıqdı, günəş yolumuzu işıqlandırır”.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı











