Prezident yolda qalan vətəndaşı maşınına mindirdi - FOTO

Dünyanın ən sadə və ən kasıb prezidenti kimi tanınan Xose Muxika yolda qalan vətəndaşı maşınına mindirərək gedəcəyi yerə qədər aparıb. Belə ki, Uruqvay prezidenti piyada işə gedən Gerhald Akosta adlı vətəndaşı yolda görüb və maşını saxlayaraq onu da avtomobilinə mindirib. G.Akosta “İndependent” qəzetinə açıqlamasında işə getmək üçün 160 kilometrlik məsafəni yoldan keçən təsadüfi maşınlarla getdiyini deyib. Uruqvaylı kişi həmin gün heç bir maşının onu götürmədiyini deyib. Lakin saxlaması üçün əl etmədiyi maşın birdən onun yanında dayanıb. Maşında ölkə prezidentini və onun xanımını görən G.Akosta xeyli təəccüblənib. G.Akosta maşından düşərkən ona dəfələrlə təşəkkür etdiyini də deyib.
Qeyd edək ki, prezident Muxika maaşının 90 faizini xeyriyyə təşkilatlarına bağışlayır. Sadə həyat tərzi ilə məşhur olan Uruqvay prezidentinin “Volskwagen Beetle” markalı köhnə avtomobili var(virtualaz.org).
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














