Qadın “Jaguar”la kişini piyada keçidində vurdu

Moskvada çəhrayı rəngli “Jaguar” avtomobilində əyləşmiş qadın piyada keçidində piyadanı vurub. İnsident noyabr ayının 27-də Yujnobutovski küçəsində baş verib. Bu barədə Oxu.Az m24.ru saytına istinadən xəbər verir. Avtomobilin sükanı arxasında “Ekstrasenslərin döyüşü”nün 10-cu mövsümünün iştirakçısı Darya Zadoxina olub.
Yol-nəqliyyat hadisəsindən (YNH) sonra hüquq mühafizə orqanları qadını saxlayıblar. Hələ ki zərərçəkənin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. 28 yaşlı qadını piyadanı vurduğu üçün 5 il həbs cəzası gözləyir. Zadoxinanın iştirakçısı olduğu bu ilk ciddi qəza deyil. KİV-in məlumatına görə 2007-ci ildə o Domodedov şosesində qəzaya uğrayıb, bu YNH-dən sonra bir müddət onun ayaqları tutulub.
“Ekstrasenslərin döyüşü” teleşousu ilk dəfə efirdə TNT kanalında 2007-ci ildə çıxıb. Teleşouda “Fövqəlqabiliyyət”ə malik olan insanlara bir sıra sınaqlardan keçmək təklif edilirdi. 2014-cü ilin sentyabr ayının 20-də şounun 15-ci mövsümü başlayıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












