Qanunda gülünc məqam - Nömrədəki bayrağı silənə 60, rəqəmi qaralayana isə 800 manat CƏRİMƏ

Bizim qanunvericilikdə çox gülməli məqamlar var. O vaxt deputatlar həmin qanunu qəbul edəndə yəqin ki, yuxuda olublar. Deməli, İnzibati Xətalar Məcəlləsində dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya nömrənin pozulması, silinməsi, yaxşı görünməməsi kimi əmələ görə 60 manat 4 bal cərimə nəzərdə tutulur. Ancaq nömrənin üzərinə hər hansı örtük çəkməklə görünüşü məhdudlaşdırmaq 500 manatdan 800 manata cərimə deməkdir.
Onda belə çıxır ki, sürücü nömrənin üstünə parça atıb 800 manat cərimə olunmaqdansa elə nömrələri çıxardıb baqaja atıb 60 manat 4 ballıq cərimə ilə məsələni həll edə bilər.
Məncə, deputatlar bu qanunu hansısa ölkənin qanunundan çırpışdırıblar. Yəqin ki, tərcümədə nəyisə düz yazmayıblar. Ya da maddələrdə sanksiya, yəni cərimə hissəsi səhv düşüb. Çünki belə baxanda nömrəni çıxardıb nömrəsiz maşın sürmək nömrənin üstünə əski parçası atmaqdan daha ağır əməldir. Ya da nömrənin üzərindən dövlət bayrağını silmək daha ağır əməldir, nəinki nömrənin üzərinə rəng vurub hansısa rəqəmi və ya hərfi qaraltmaq. Odur ki, bu məsələyə yenidən baxmaq lazımdır.
Elməddin Muradlı
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir












