“Qarabağda azı 6 min erməni hərbçisi ölüb” - Ayk Xaçikyan

"Mənim müşahidələrimə əsasən, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır"
Unikal.org xəbər verir ki, bunu hərbi analitik Ayk Xaçikyan deyib. O hesab edir ki, Ermənistanın baş nazir müavininin müharibə zamanı verilən itkilərin təxminən dörd min nəfər olmasına dair bəyanatı həqiqəti əks etdirmir.
Xaçikyanın sözlərinə görə, bu, o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı: "Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb-alınmadığı məlum deyil".
"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitik əlavə edib.
Xatırladaq ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda 3439 erməni hərbçisinin meyitinin tapıldığını bildirib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












