Qarşıdakı maşına siqnal verən sürücünü təpikllədilər - VİDEO

Avtosfer.az-ın təqdimatında izlədiyiniz bu videomaterial ərəb ölkələrindən birində çəkilib. Qarşıdakı nəqliyyat vasitəsinin dayandığını görən sürücü hövsələsizlik edərək siqnal verməyə başlayır. Lakin həmin maşının yerindən tərpənmədiyini görüb əsəbi halda yerə düşən bu şəxs əlini maşına çırpıb sürücünü yerə düşməyə məcbur edir. Elə hadisənin maraqlı yerə də bu zaman baş verir. Qarşıdakı nəqliyyat vasitəsindən boyu 2 metrdən artıq olan sürücü yerə düşərək bayaqdan siqnal verən sürücünün qarşısında dayanır. Bu zaman aşağıdan yuxarı həmin sürücüyə baxa-baxa qalan şəxs nə edəcəyini bilmir. Çünki maşından düşən sürücü ondan iki dəfə böyükdür. Və elə həmin sürücü maşından düşən kimi bayaqdan siqal verən sürücünü təpikləyərək qovmağa başlayır. Çıxılmaz vəziyyətə düşən sürücü oradan uzaqlaşmalı olur.
Türkiyədən olan facebook istifadəçiləri bu videoya belə şərh yazıblar ki, hər bir sürücü kimə siqnal verdiyinə diqqət etməlidir. Bakıda yeri gəldi-gəlmədi siqnal verənlərin saysız-hesabsız olduğunu nəzərə alaraq, biz də sürücüləri belə məsələlərdə diqqətli olmağa səsləyirik.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















