Qənirə Paşayeva qazimizlə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin iştirakçısı, I Qarabağ müharibəsinin qazisi, Bakı şəhər, Nizami rayon sakini Vidadi Məmmədsadıqoğlu Ağagülovla görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib: "Siz I Qarabağ müharibəsinin iştirakçısı olmusuz, 27 sentyabrda Vətən Müharibəsi başlayınca, öz israrlı istəyinizlə yenidən cəbhəyə yollanmısız və dillər əzbəri olan sözünüzlə desək, yarımçıq qalmış işinizi tamamlamğa getmisiz.
Ordumuz, dövlət-xalq birliyi ilə torpaqlarımızı Ermənistanın işğalından azad edərək, xalqımızın 30 illik həsrətinə son qoyub. Vətən Müharibəsində fədakarlıqla iştirak edərək şəhid olan Vətən oğullarına Tanrıdan rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfərin qazanılmasında özünəməxsus iştirakı olan siz dəyərli qazimizə bir daha təşəkkür edir, sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edirəm"!
Q.Paşayeva V.Ağagülova Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
Maraqlı cəbhə xatirələrini danışan V.Ağagülov səmimi görüş üçün Q.Paşayevaya təşəkkür edib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












