Qeydiyyata alınmayan avtomobil qəza törədərsə... - VİDEO

Xaricdən gətirilən və ya salondan yeni alınan avtomobillər qeydiyyata salınana qədər tranzit nömrə daşıyırlar. Qeydiyyat aparılana qədər isə həmin maşınlarla yol-nəqliyyat hadisəsi törədilərsə proses sığorta tənzimləməsindən kənarda qalır...
Mütəxəssislər bildirir ki, belə maşınların icbari sığortası qanunlarda olan boşluğa görə mümkün olmur. Əsas boşluq Sığorta qanunvericiliyindədir. Çünki həmin avtomobili icbari sığorta etdirmək üçün sığorta şəhadətnaməsində tələb olunan avtomobilin sahibi və avtomobilin dövlət qeydiyyat nişanı yoxdur. Sığorta şirkətləri bu məlumatlar olmadan avtomobili sığortalaya bilmirlər...
«Yol hərəkəti haqqında» qanun icbari sığortası olmayan avtomobilin istismarını qadağan edir. Ancaq hamıya məlumdur ki, avtomobili qeydiyyata salmaq üçün sürüb harasa aparmaq lazımdır. Sənədləşmə üçün qanunvericilikdə 10 gün müddət qoyulduğunu bildirən ekspertlər avtomobillərin məhz həmin müddətdə icbari sığortalanması üçün 1 aylıq icbari sığortanın tətbiqini mümkün hesab edir...
Bunun üçün sığorta qanunvericiliyində, Maliyyə Nazirliyinin sığortanın icrası ilə bağlı qaydalarına kiçik düzəlişlər etməklə problemi aradan qaldırmaq olar. hazırki qanunvericiliyə görə isə icbari sığortası olmayan avtomobili idarə edənlər hadisə törətdikləri zaman dəyən zərərin məsuliyyətini təkbaşına daşıyırlar.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










